İsveçrənin Zermatt hissəsində yaydan qışa qəfil keçid və havanın temperaturunun böyük fərqi ictimaiyyəti şoka salıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçrədə 4 gündə 31 dərəcədən -1 dərəcəyə enən temperatur yayın ortasında qar yağmasına səbəb olub.
Bildirilib ki, qlobal iqlim böhranı ilə havanın temperaturu gözlənilməz dəyişikliklərlə üzləşir. Mövsümi normalardan yüksək temperatur qəflətən düşə və böyük tufanlara səbəb ola bilər.
İsveçrəlilər qeyd edib ki, bir neçə gün əvvəl yanırdıq, indi isə üşüyürük.
Aygün
Manşet.az