“Putin Priqojinin dəfnində iştirak etməyəcək” - Peskov

14:04 - 29 Avqust 2023

“Putin Priqojinin dəfnində iştirak etməyəcək” - Peskov

“Rusiya Prezidenti Vladimir Putinin “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin dəfnində iştirakı nəzərdə tutulmayıb”.

 

Manset.az “Qafqazinfo”ya istiadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

Onun sözlərinə görə, Kreml Priqojinin dəfni ilə bağlı konkret məlumata sahib deyil: “Bu məsələ ilə bağlı qərarı Priqojinin yaxınları verir, burada onlar olmadan nə isə deyə bilmərik”. 

Xatırladaq ki, avqustun 27-si Rusiyanın İstintaq Komitəsi Y.Priqojinin ölümünü rəsmən təsdiqləyib. Priqojinin təyyarəsi avqustun 23-ü Rusiyanın Tver vilayətində qəzaya uğrayıb. Qəzada 10 nəfər ölüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az