İngiltərədə hava hərəkətinə nəzarət sistemindəki texniki nasazlıq səbəbindən daxili və beynəlxalq reyslərdə ciddi pozuntu yaranıb.
Manset.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın nəqliyyat naziri Mark Harper məlumat verib. Nəqliyyat naziri bildirib ki, nasazlığın aradan qaldırılması üçün günlər lazım olacaq.
Harper BBC-yə açıqlaması zamanı texniki problemin kiberhücum nəticəsində olduğuna inanmadığını qeyd edib.
Böyük Britaniyanın ən işlək mərkəzi olan Heathrow Hava Limanı, əvvəllər Twitter kimi tanınan X vasitəsilə sərnişinlərə çərşənbə axşamı hava limanına getməzdən əvvəl hava yolları ilə əlaqə saxlamalarını söyləyib.
Aygün
Manşet.az