Yaponiya Rusiya ilə müharibədə Ukraynaya dəstəyini davam etdirəcəyinə söz verib.
Manset.az xarici KİV -ə istinadən xəbər verir ki, bunu Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Zelenski ilə telefon danışığından sonra ofisində jurnalistlərə müsahibəsi zamanı deyib.
Kişida Zelenskinin Yaponiyanın Ukraynaya yardım göstərmək səylərinə görə minnətdarlığını çatdırıb. Həmçinin, Rusiyanın qonşusuna qarşı uzunmüddətli təcavüzünü pislədiyini bildirib.
Qeyd edək ki, Kişida Ukraynaya yardımın vacibliyini və Rusiyaya qarşı davam edən sanksiyaları digər liderlərlə təsdiqləməyi planladığı 20-lər Qrupu sammiti gələn ay gerçəkləşəcək. Görüşdə Rusiyanın da iştirakı gözlənilir.
Aygün
Manşet.az