Rusiyanın Pskov vilayətinin aerodromuna dron hücumu nəticəsində 4 hərbi təyyarə vurulub.
Manset.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. "Pskovda hərbi aerodroma dron hücumundan sonra dörd İl-76 təyyarəsi zədələnib", - agentlik fövqəladə xidmətlərə istinadən bildirib.
Eyni zamanda, regionun qubernatoru Mixail Vedernikov teleqramda rusiyalı hərbçilərin dron hücumunu dəf etməyə çalışdığını açıqlayıb.
01:27
Rusiyanın Pskov şəhərinin hava limanına dron hücumu olub.
Manset.az xəbər verir ki, bu barədə məlumat teleqramın Rusiya seqmentində yayılıb.
Bildirilib ki, aeroporta dron hücumu zamanı 2 təyyarə zədələnib.
Olayla bağlı rəsmi məlumat yayılmayıb. Dron hücumunun davam etdiyi bildirilir: bölgədəki hərbçilər hücumu HMM və atıcı silahlarla dəf etməyə çalışırlar.
Qeyd edək ki, sözügedən hava limanı Estoniyadan 35 km, Ukraynadan isə təqribən 700 km məsafədə yerləşir.