15 yaşlı qız evində oturduğu yerdə başından güllələndi

15:36 - 30 Avqust 2023

15 yaşlı qız evində oturduğu yerdə başından güllələndi

Türkiyənin Diyarbəkir bölgəsində qız evində oturduğu yerdə başından güllə yarası alıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında Yenişehir rayonunda baş verib.

Məlumata görə, hərəkətdə olan avtomobildən təsadüfi atəş açılıb.

Yeniyetmə yoldan keçən avtomobildən atılan atəş nəticəsində ağır yaralanıb.

Pəncərədən içəri keçən 2 güllədən biri fərdi yaşayış evində yaşayan O. Sultanın başına dəyib.

Əraziyə sağlamlıq qrupları və polis cəlb olunub.

Sultan hadisə yerində edilən ilk müdaxilədən sonra xəstəxanaya aparılıb.

Hazırda onun Həyati təhlükəsinin olmadığı bildirilir.

Polis hadisəni törədən şəxsi axtarır. Faktla bağlı araşdırılma aparılır. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az