Tacikistanda üç gündə yağan güclü yağışlar nəticəsində azı 21 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkənin paytaxtı Düşənbənin kənarında yerləşən Vəxdatda 17, Roudakidə 2, Varzobda 2 nəfər ölüb. Xəsarət alanlar barədə məlumat verilməyib.
Fövqəladə Hallar Komitəsi güclü yağışlardan sonra ilkin olaraq ölənlərin sayının 13 olduğunu açıqlayıb və yeni torpaq sürüşmələri, sürüşmələr və qayaların uçması riskinin yüksək olacağı barədə xəbərdarlıq edib. Kasıb və dağlıq ölkə olan Tacikistan mütəmadi olaraq ölümcül təbii fəlakətlərlə üzləşir. Fevralda 19 nəfər qar uçqunu nəticəsində həlak olub.
Aygün
Manşet.az