Türkiyədə Tahsin Ceylan və komandası 30 Avqust Zəfər Bayramı münasibəti ilə dənizin dərinliklərində Atatürk plakatı və Türkiyə bayrağı açıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu təşəbbüsü həyata keçirmək istəyən qrup Sahil Mühafizə Komandanlığı və DiveManta Kaş Dalğıc Mərkəzinin dəstəyi ilə rayon sahillərində suya atılıb.
Komanda o vaxt Antalya valisi Münir Karaloğlunun rəhbərliyi altında turizmi şaxələndirmək və dalğıc turizminə töhfə vermək üçün Kaş Limanının Güvercin adasının sahillərində 2017-ci ildə batırılan TSK-nın 1960 model tankı üzərində Atatürk plakatı qaldırıb.
Fənər körfəzinə dalış edən komanda, hər il bir çox yerli və xarici dalğıc həvəskarının seçdiyi Kaş Sualtı İncəsənət Parkındakı əsərlərə də baxıb.
Aygün
Manşet.az