Çayda ölü tapılan oğlanın kimliyini dəqiqləşdirmək üçün 185 ölkəyə müraciət etdi...  

17:45 - 30 Avqust 2023

Çayda ölü tapılan oğlanın kimliyini dəqiqləşdirmək üçün 185 ölkəyə müraciət etdi...  

Ötən il Almaniyada daşa bağlanaraq çaya atılan balaca uşağın kəllə sümüyünün formasını şəkilləndirərək yenidən axtarışa başlanılıb.

 

 

Manset.az xsrici mediaya istinadn xəbər verir ki, bu yolla onun kimliyinin müəyyən ediləcəyi gözlənilir. Uşağın meyitinin kimliyini müəyyən etmək üçün Almaniya hökuməti tərəfindən beynəlxalq çağırış başlayıb.

Uşağın cəsədi keçən il 19 may 2022-ci ildə Bavariyanın Qrossmehrinq şəhəri yaxınlığında tapılıb, lakin uşağın nə qədər suda qaldığı məlum deyil. Uşağın təxminən 110 sm boyu, 15 kq çəkisi, qəhvəyi saçlı və O qan qrupu olduğu müəyyən edilib.

Ölkənin hakimiyyət orqanları İnterpoldan uşağın üzünün rekonstruksiya edilmiş şəkilləri də daxil olmaqla “qara” bildirişlə Böyük Britaniya da daxil olmaqla 185 ölkəyə yaymağı xahiş edib. İnterpolun yaydığı “qara bildiriş” naməlum cəsədlərin axtarışının bir növüdür.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az