Polşada legionella bakteriyasından 16 nəfər həyatını itirdi

11:10 - 31 Avqust 2023

Polşada legionella bakteriyasından 16 nəfər həyatını itirdi

Polşada ağciyər xəstəliyinə səbəb olan legionella bakteriyasından həyatını itirənlərin sayı 16-ya çatıb.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, legionella bakteriyası legioner xəstəliyinə səbəb olur. Bu da ağciyər xəstəliyinin bir növü sayılır. Epidemiya ilə bağlı araşdırmalar davam edir.

Səlahiyyətlilərin verdiyi açıqlamaya görə epidemiya başlayandan bəri ölkə üzrə ən azı 155 yoluxmuş adam xəstəxanaya yerləşdirilib.

Qripə bənzər əlamətlərlə başlayan və pnevmoniyaya qədər irəliləyən legioner xəstəliyi müalicə edilmədikdə tənəffüs və çoxlu orqan çatışmazlığına, həmçinin ölümə səbəb ola bilər.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az