Sülhməramlılara yeni komandan təyin edildi

12:46 - 31 Avqust 2023

Sülhməramlılara yeni komandan təyin edildi

General-mayor Kirill Kulakov Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların yeni komandanı təyin edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

54 yaşlı Kulakov 2017-ci ilin martından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin komandiri olub.

O bu vəzifədə general-polkovnik Aleksandr Lentsovu əvəz edir. 

Xatırladaq ki, A.Lentsov cari ilin aprel ayında bu vəzifəyə təyin olunmuşdu. Ondan əvvəl isə sülhməramlıların komandanı Andrey Volkov idi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az