İraqdakı yerli seçkilərə türkmənlər vahid siyahı ilə qatılır

15:59 - 31 Avqust 2023

İraqdakı yerli seçkilərə türkmənlər vahid siyahı ilə qatılır

İraq Türkmən Cəbhəsi (İTC) sədri Həsən Turan dekabrın 18-də Kərkükdə keçirilməsi planlaşdırılan yerli seçkilərə vahid siyahı ilə qatılacaqlarını açıqlayıb.

 

 

Manset.az xaric mediaya istinadən xəbər verir ki, siyahının İraq Türkmən Cəbhəsi başda olmaqla 9 türkmən partiyasından ibarət olduğu qeyd edilib.

Həsən Turan bütün Türkmən siyasi partiyalarının aylardır seçkilərə hazırlaşdığını bildirib. 

Turanın sözlərinə görə Türkmənlər 20 ilə yaxındır ki, mərkəzi hökumətdə layiq olduğu kimi təmsil olunmayıb və nazirlik ala bilməyib. O, bunun əvəzini ancaq şəhərlərdə yerli idarəçilikdə iştirak etməklə ödəyəcəklərini bildirib.

Turan, keçmişdə türkmənlərin yaşadığı Kərkük, Mosul, Diyala, Ərbil, Səlahəddin və Bağdadda yerli idarələrdə əhəmiyyətli təmsilçi çəkiyə malik olduqlarını, lakin İraqda əyalət məclislərinin ləğv edilməsi ilə 2019-cu ildən sonra bu üstünlüyünü itirdiklərini vurğulayıb.  

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az