Filippində geyim fabrikində baş verən yanğın nəticəsində 15 nəfər həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb yanğınsöndürmə qruplarının gecikməsi olub.
Yanğınsöndürənlərin gecikməsinə səbəb isə ünvanın yanlış verilməsi, leysan yağış və nəqliyyatın iflic vəziyyətə düşməsi göstərilir. Fakrikdə ölənlərin əksəriyyətinin fəhlələr və dülgərlər olduğu açıqlanıb.
Bildirilib ki, iki saat ərzində söndürülən yanğın zamanı ikimərtəbəli tikiş fabrikinin üst mərtəbəsindən qaçan 3 nəfər xəstəxanaya aparılıb.
Yanğınla bağlı araşdırmalara başlanılıb.
Aygün
Manşet.az