İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ölkəsinin nüvə proqramı ilə bağlı qiymətləndirmələr edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İslami İranın nüvə proqramının hərbi əməliyyat və ya sanksiyalarla aradan qaldırıla bilməyəcəyini bildirib.
İslami İsrailin İranın nüvə obyektlərinə hücumu ilə bağlı təhdidlərə toxunub. O bildirib ki, istənilən hücum "qətiyyətli və dağıdıcı" cavabla qarşılanacaq.
İslami iddia edib ki, İsrail İranın nüvə obyektlərinə hərbi hücum təhdidlərinin "boş" olduğunu bilir və buna gücü çatmır.
Məhəmməd İslami İranın nüvə enerjisi sahəsində qonşuları ilə konstruktiv əməkdaşlığa hazır olduğunu bildirib.
Aygün
Manşet.az