Qırğızıstan ölkə ərazisində TikTok təhlükəsinə qarşı hərəkətə keçib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi ölkədə TikTok sosial media platformasının qadağan edilməsinə qərar verdiyini açıqlayıb.
Qərardan sonra verilən açıqlamada TikTok-da yayımlanan videoların həyati təhlükəsi və asılılığa səbəb olduğu vurğulanıb. Qadağanın uşaqların mənəvi tərbiyəsinə mənfi təsir göstərəcək, psixoloji sağlamlığına zərər verə biləcək məlumatlardan qorunmaq üçün edildiyi qeyd edilib.
Qeyd edək ki, Qırğızıstanla yanaşı, ABŞ, Kanada, Tayvan, Latviya, Danimarka, Belçika, Əfqanıstan, İngiltərə və İndoneziya kimi bir çox ölkə TikTok-a məhdudiyyət və qadağalar qoyub.
Aygün
Manşet.az