Muğlanın Kavaklıdere rayonunda meşə yanğını baş verib.
Manset.az TRT Haber-ə istinadən məlumat verir ki, meşə yanğını havadan və qurudan müdaxilə ilə söndürülüb.
Həmçinin Muğlanın Çayboyu rayonunda meşə sahəsində naməlum səbəbdən meşə yanğını baş verib. Küləyin təsiri ilə alov qısa müddətdə ətrafa yayılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.
Muğla Meşə Region İdarəsinə məxsus qruplar yanğına havadan və qurudan müdaxilə etməyə başlayıb.
Yanğının söndürülməsinə 3 helikopter və 2 təyyarə cəlb olunub.
Təxminən bir hektar meşə sahəsi zərər görüb, yanğın qrupların müdaxiləsi ilə söndürülüb.
Jalə
Manşet.az