Hakan Fidandan "taxıl dəhlizi" ilə bağlı AÇIQLAMA

19:07 - 31 Avqust 2023

Hakan Fidandan \"taxıl dəhlizi\" ilə bağlı AÇIQLAMA

Türkiyədnin xarici işlər naziri Hakan Fidan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.

 

Manset.az Sözcü-yə istinadən xəbər verir ki, görüşdən sonra iki xarici işlər naziri bəyanatla çıxış ediblər.

Fidanla görüşdən sonra açıqlama verən Rusiya xarici işlər naziri Lavrov, Qərbin Rusiya taxılının ixracı ilə bağlı verdiyi sözə əməl etmədiyini bildirib. 

Həmçin Lavrov açıqlamasında bildirib ki, BMT ilə paket sazişindəki şərtləri yerinə yetirildiyi zaman taxıl sazişinə yenidən baxılacaq.

Lavrov  “Qərb ölkələrinin şübhəli təşəbbüslərinə baxmayaraq, Türkiyənin xarici siyasətini təqdir edirik”, deyib.

Qara dəniz taxıl təşəbbüsü ilə bağlı açıqlama verən Türkiyənin xarici işlər naziri Fidan bildirib ki, BMT Türkiyənin töhfələri ilə yeni bir təklif paketi hazırlayıb: "Düşünürük ki, bu, təşəbbüsün canlanması üçün münasib əsas təşkil edir. İşlərimiz davam edəcək, bu saziş həm dünyanın ərzaq təhlükəsizliyi, həm də Qara dənizin sabitliyi və sülhü üçün son dərəcə vacibdir”.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az