Rusiya Müdafiə Nazirliyi "Vaqner"i nəzarətə götürməyi planlaşdırır

08:23 - 01 Sentyabr 2023

Rusiya Müdafiə Nazirliyi \"Vaqner\"i nəzarətə götürməyi planlaşdırır

Rusiya Müdafiə Nazirliyi Afrika və Yaxın Şərqdə yerləşən "Vaqner" Özəl Hərbi Şirkətinin muzdlularına nəzarət etməyi planlaşdırır.

Manset.az  xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, “Vaqner”in əməliyyatlarının idarə edilməsi Müdafiə Nazirliyi ilə əlaqəli silahlı podratçı tərəfindən həyata keçirilə bilər.

Bundan əlavə, ÖHŞ-nin bütün gizli xarici şəbəkəsinin Rusiya hərbi komandanlığına tabe edilməsi planlaşdırılır. Bu, gələcəkdə "Vaqner"in təşkil etdiyi üsyanların qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, bu yaxınlarda Vladimir Putin “Vaqner”in Rusiya ordusuna qoşulmasına icazə verən fərman imzalayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az