Ekvador həbsxanalarında məhbuslar polis və mühafizəçiləri girov götürüblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ekvadorun daxili işlər naziri Xuan Zapata məlumat verib.
Zapata 6 həbsxanada məhbusların 57 polis və mühafizəçini girov götürdüyünü açıqlayıb.
Daxili işlər naziri məmurların təhlükəsizliyindən narahat olduğunu bildirib.
Qeyd edək ki, 2021-ci ildən bəri həbsxanalardakı qarşıdurmalarda 430-dan çox məhbus həyatını itirib.
Aygün
Manşet.az