ABŞ-ın Texas ştatının Ostin şəhərində ticarət mərkəzinə silahlı basqın nəticəsində 2 nəfər ölüb, 1-i ağır olmaqla digər 3 nəfər isə yaralanıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, polis rəsmiləri X sosial media platformasında verdiyi açıqlamada hadisə yerinin təhlükəsizliyinin təmin edildiyini, lakin təcavüzkarın hələ də tutulmadığını bildirib.
Polis hadisənin şahidi olan şəxsləri əllərində hər hansı fotoşəkil və ya görüntü olarsa onlarla əlaqə saxlamağa çağırıb.
Aygün
Manşet.az