Niger hərbi administrasiya avqustun 25-də Fransanın Niameydəki səfiri Silvain İttenin ölkəni tərk etməsi üçün verdiyi 48 saatlıq müddət başa çatıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Niger polisi bütün nəqliyyat vasitələrini saxlayaraq ölkəni tərk etməyən səfirin içəridə olub-olmadığını yoxlayıb.
Niger Xarici İşlər Nazirliyindən Fransa Xarici İşlər Nazirliyinə göndərilən məktubda ölkəni tərk etmədiyi halda İttenin 28 avqust tarixindən etibarən toxunulmazlığının qaldırıldığını və polisə onun deportasiya edilməsi barədə göstəriş verildiyini bildirib.
İttenin ailəsinin diplomatik kartları və vizalarının da ləğv edildiyi qeyd olunub.
Aygün
Manşet.az