ABŞ Energetika Nazirliyi elektromobillər üçün akkumulyatorların istehsalı, mövcud zavodların yenidən qurulması, təchizat zəncirinin təşkili və yerli istehsalın dəstəklənməsi üçün 15,5 milyard dollar vəsait ayırıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, elektrik avtomobillərinə keçidi dəstəkləmək üçün 2 milyard dollar qrant və 10 milyard dollar kredit ayrılıb.
Nazirlik həmçinin digər ölkələrdən idxal olunan elektrik avtomobil akkumulyatorlarının və akkumulyator komponentlərinin yerli istehsalına 3,5 milyard dollar maliyyə ayırmaq niyyətində olduğunu açıqlayıb.
ABŞ-ın energetika naziri Cennifer Qranholm prezident Baydenin ölkəni qlobal istehsal mərkəzinə çevirəcək işçi qüvvəsinə və fabriklərə sərmayə qoyduğuna diqqət çəkib.
Aygün
Manşet.az