Simsiz qulaqlıqlar xərçəngə səbəb olurmu?

13:44 - 01 Sentyabr 2023

Simsiz qulaqlıqlar xərçəngə səbəb olurmu?

Son illərdə ən çox istifadə edilən aksesuarlardan biri olan Bluetooth simsiz qulaqlıqlar göründüyü qədər təhlükəsiz olmaya bilər.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, simsiz qulaqlıqlar birbaşa beyinə gedən siqnal dalğalarının xərçəngə səbəb ola biləcəyi və ya beyin funksiyalarına zərər verə biləcəyi proqnozlaşdırılır.

Bununla bağlı biokimyaçı Cerri Philips Medium yazdığı məqalədə elektromaqnit sahələrində fəaliyyətinin insan DNT-sinə vurduğu zərərdən bəhs edilib.

Bluetooth simsiz qulaqlıqları ilə bağlı ən böyük narahatlıq siqnalların birbaşa qulaq kanalına yerləşdirilməsi və beləliklə beyin toxumalarının yüksək radiotezliklərə məruz qalmasıdır. Radiotezliklərdəki radiasiya səviyyəsinin insan sağlamlığına və hüceyrə toxumalarına zərər verdiyinə dair qəti sübut yoxdur.

Lakin 2015-ci ildə 250-200 alim qrupu BMT və Ümumdünya Səhiyyə Təşkilatına təqdim etdiyi hesabatda ionlaşdırıcı olmayan elektromaqnit sahələrinin insan sağlamlığına mənfi təsirindən danışılır.   

Hesabatda Bluetooth cihazları və qulaqlıqlardan bəhs edilmir, çünki 2015-ci ildə Bluetooth qulaqlıqlarından istifadə o qədər də yaygın deyildi. Hesabatda qeyd olunanlara Wi-Fi cihazları və ağıllı qadcetlər kimi elektromaqnit sahələri olan qurğulardan daxil edilib.   

Bluetooth qulaqlarının da ən az digər cihazlar qədər radiasiya yaydığı və təhlükəli olduğu düşünülsə də, hələlik əksər elm adamları dəqiq bir dəlil təqdim etmir. Amerika Xərçəng Cəmiyyətindən verilən başqa bir açıqlamaya görə, sözügedən cihazlardan yayılan elektromaqnit dalğaları birbaşa insan hüceyrələrinə müdaxilə etmək və xərçəngə səbəb olmaq gücünə malik deyil.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az