ABŞ Müdafiə Nazirliyi hökumətin “naməlum anormal fenomen” (UAP) adlandırdığı uçan obyektlər (UFO) haqqında yeni internet saytı istifadəyə verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, veb saytda məxfiliyi ləğv edilmiş və ictimaiyyətə açıqlanması üçün təsdiqlənmiş UAP hallarının video və fotoşəkilləri, həmçinin, rəsmi hesabatlar, stenoqramlar, press-relizlər və ictimaiyyət üçün faydalı ola biləcək digər mənbələr yer alıb.
"www.aaro.mil" internet saytı Pentaqonun UFO-ları anlamaq üçün göstərdiyi səylər haqqında ictimaiyyətə məlumat vermək üçün yaradılıb.
Aygün
Manşet.az