Rusiya və İran Nobel mükafatlarına dəvət edildi

17:23 - 01 Sentyabr 2023

Rusiya və İran Nobel mükafatlarına dəvət edildi

Dekabrın 10-da keçiriləcək Nobel Mükafatı Mərasiminə Rusiya, Belarus və İranın dəvət edilib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nobel Fondu İsveçin paytaxtı Stokholmda keçiriləcək mükafatlandırma mərasimi ilə bağlı açıqlama verib.

Açıqlamaya görə builki mükafatlandırma mərasiminə ötən il dəvət edilməyən Rusiya, Belarus və İran, eləcə də ifrat sağçı İsveç Demokratlar Partiyasının (SD) lideri Cimmi Akesson dəvət olunub.

Lakin Akesson sosial media hesabında "mərasimdə iştirak etmək üçün çox məşğul olduğunu" bildirib.

Nobel Fondunun direktoru Vidar Helgesen bu qərarın dünyanın getdikcə daha çox qütbləşməyə doğru getməsi və fərqli baxışlara malik insanlar arasında dialoqun azalması səbəbindən verildiyini bildirib.

Qeyd edək ki, ötən il mükafatlandırma mərasiminə Rusiya və Belarus “Rusiyanın Ukraynaya müdaxiləsi”, İran isə “ölkədə insan hüquqlarının pozulmasının tənqidi” səbəbi ilə dəvət olunmayıb. Ölkədəki siyasi partiya liderlərinin dəvət olunduğu mükafatlandırma mərasiminə ifrat sağçı SD-nin lideri Akesson bu ilə qədər dəvət edilməyib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az