Vaqnerin lideri Priqojinin ölümündən sonra muzdlu şirkətin taleyi ilə bağlı müzakirələr davam edir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Vaqnerdən bir səlahiyyətli səs yazısında təlim keçmiş əsgərlərin cəbhəyə aparılmadığını dediyi ortaya çıxıb.
Adı çəkilməyən Vaqner səlahiyyətlisi bildirib ki, onların döyüşə hazır on minlərlə təlim keçmiş əsgəri olsa da, onlar cəbhəyə qəbul edilməyib və vəziyyət “çox ağırdır”.
“Dostlar, vəziyyət çox çətindir. On minlərlə təlim keçmiş döyüşçü çalışmağa və vətənlərini müdafiə etməyə hazırdır, lakin bizə məlum olduğu üçün Ukraynaya girməyə icazə vermirlər. İndi Afrika və Yaxın Şərqdə iş variantları axtarmalıyıq. Orada da vəziyyət çox çətindir. Ona görə də ya gözləyin, ya da pul qazanmağın başqa yollarını tapın”.
Rusiya prezidenti Putin Priqojinin ölümündən sonra muzdluların sədaqət andı içməsi ilə bağlı fərman imzalasa da, son hadisələr Vaqner qrupunun üzvlərinin tamamilə qurban getdiyini sübut edir.
Aygün
Manşet.az