Bu ölkə Rusiya və Belarusun Nobel Mükafatı Mərasiminə dəvətinə REAKSİYA

18:21 - 01 Sentyabr 2023

Bu ölkə Rusiya və Belarusun Nobel Mükafatı Mərasiminə dəvətinə REAKSİYA

Estoniya Rusiya və Belarusun Nobel Mükafatı Mərasiminə dəvətinə reaksiya verib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna builki Nobel Mükafatı Mərasiminə Rusiya və Belarusun dəvətini tənqid edib.

Tsahkna X hesabındakı paylaşımında qeyd edib ki, mərasimə yuxarıda adı çəkilən ölkələrdən heç bir rəsmi dəvət edilməməlidir. Rusları və belarusları beynəlxalq arenadan təcrid etməkdə həmrəy olduqlarını xatırladan Tsahkna, “Moskva və Minskdə Qərbin dostcasına çağırışına hələ də ümid var. Bu səhvi keçmişə çevirməliyik. Bu ölkələrdən heç bir məmur Nobel mükafatı mərasiminə dəvət edilməməlidir” sözlərini deyib.

Həmçinin Beynəlxalq mediada yer alan xəbərlərdə Nobel Fondunun bu il keçiriləcək Nobel Mükafatı Mərasiminə Rusiya, Belarus və İranı dəvət etdiyi bildirilib.

Nobel Fondunun direktoru Vidar Helgesen bu qərarın “dünyanın getdikcə daha çox qütbləşdiyi və fərqli baxışlı insanlar arasında dialoqun azalması” səbəbindən verildiyini bildirib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az