Türkiyənin Ədirnə vilayətinin Keşan rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.
Manset.az yerli KİV-ə istinadən xəbər verir ki, Kocadere Gölü yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Küləyin təsiri ilə alov qısa müddətdə ətrafa yayılıb.
Xəbərdarlıq üzərinə Keşan Meşə Əməliyyat Müdirliyinə bağlı hava və quru vasitələri bölgəyə göndərilib.
Ekipajlar yanğını nəzarət altına almaq üçün mübarizə aparır.
Jalə
Manşet.az