Ərdoğan-Putin görüşü başladı - YENİLƏNDİ (VİDEO)

14:23 - 04 Sentyabr 2023

Ərdoğan-Putin görüşü başladı - YENİLƏNDİ (VİDEO)

Soçidə Ərdoğanla Putin arasında danışıqlar başlayıb.

Manset.az xəbər verir ki, görüş “Rus” sanatoriyasında keçirilir. Danışıqlar ilk olaraq nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək, daha sonra isə liderlər görüşü məhdud çərçivədə davam etdirəcəklər.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyada rəsmi səfərdədir. 

Manset.az xəbər verir ki, Dövlət başçısını Soçi beynəlxalq hava limanında Rusiyanın rəsmi şəxsləri qarşılayıb. 

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bununla belə, Türkiyə və Rusiya liderlərinin əsas müzakirə mövzusu taxıl dəhlizi olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az