İsveçin Malmö şəhərində müsəlmanlar Qurana hücumundan sonra üsyan ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücumlara reaksiya verən 100 gəncdən ibarət qrup Malmö şəhərində polislə toqquşub.
Gənclər polisin himayəsi altında Qurana hücum edən İraq əsilli Salvan Momikanın qarşısını almağa çalışarkən 15 nəfər saxlanılıb, onlardan 3-ü həbs edilib.
Momika əks nümayişçilərin müdaxiləsi nəticəsində zirehli maşınla hadisə yerindən qaçırılıb.
Yolu bağlayan və onlarla avtomobili yandıran gənclər daşla polisə hücum edib.
İsveçin müxtəlif yerlərindən hadisə yerinə yüzlərlə polis göndərilib. Polis hadisələrin digər şəhərlərə yayılacağından qorxur.
Aygün
Manşet.az