Sel suları metronu basdı, vətəndaşlar böyük şok yaşadı

15:36 - 04 Sentyabr 2023

Sel suları metronu basdı, vətəndaşlar böyük şok yaşadı

İspaniyanın paytaxtı Madriddə gecə yarısı təsirini artıran leysan yağış nəqliyyatda ciddi problemlərə səbəb olub.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, güclü yağışlar səbəbindən bir çox metro stansiyaları və marşrut xətləri su altında qalıb.

Beləki, vətəndaşlar leysan sularının Madrid metrosuna və vaqonlara dolduğunu sübut edən görüntüləri mobil telefonla lentə alıblar.         

Madrid metrosunda dayanacaqlar arasında nəqliyyat tamamilə kəsilib. San Isidro körpüsünün yanındakı Manzanares yaxınlığındakı magistral yolun çıxışı güclü su yığılması səbəbindən nəqliyyata bağlanıb.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az