Renault Münhen IAA Mobility 2023 sərgisində yeni modelləri ilə istifadəçilərlə görüşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni Scenic E-Tech Electric modelini dünyaya tanıdan şirkət New Rafale modeli ilə də diqqət çəkib. Yarmarkada yeni Rafale E-Tech Hybrid modelinin solarbay panoramik şüşə dam texnologiyası istifadəçilərə təqdim olunub. Çərşənbə axşamı, sentyabrın 5-də, 7 oturacaqlı Kangoo-nun tamamilə elektrik versiyası olan Yeni Grand Kangoo da yarmarkada istifadəçilərlə görüşəcək.
Model 2024-cü ilin ikinci yarısında Türkiyədə satışa çıxarılacaq.
Aygün
Manşet.az