Türkiyənin paytaxtı Ankara səmalarında uçan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-4 qırıcı təyyarəsinin ehtiyat yanacaq çəni dayanacağa düşüb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, çox sayda avtomobilin zədələndiyi qəza anı saniyələr ərzində kameralara əks olunub.
Ölkənin Milli Müdafiə Nazirliyi (MSB) Hərbi Hava Qüvvələri Komandanlığına məxsus F-4 qırıcı təyyarəsinin bir hissəsinin Ankara üzərində uçuşu zamanı açıq dayanacağına düşdüyünü bildirib.
Sözügedən təyyarə Əskişəhər meydanına eniş edib.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.