Suriyadan sərt Türkiyə açıqlaması  

17:33 - 04 Sentyabr 2023

Suriyadan sərt Türkiyə açıqlaması  

Suriyanın xarici işlər naziri Feysəl Mikdad Ankara-Dəməşq xəttində yaxınlaşma səyləri ilə bağlı iştirak etdiyi konfransda Türkiyəyə yönəlik sərt açıqlama verib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Feysəl Mikdadın sözlərinə görə Türkiyə və ABŞ-ın Suriyadakı hərbi varlığı gec-tez bitəcək. 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd ötən ay “Sky News Arabia” telekanalına müsahibə verib.  O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək istəmədiyini bildirib.

“Məqsədimiz Türkiyənin Suriya ərazisindən çıxmasıdır, lakin Ərdoğanın məqsədi cavab olaraq Türkiyənin Suriyadakı mövcudluğunu qanuniləşdirməyə çalışmaqdır. Ona görə də Ərdoğanın şərtləri ilə görüş baş tuta bilməz. Mən niyə Ərdoğanla görüşməliyəm? Bir şey içmək üçün?”

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az