Türkiyəli aktyor Rüzgar Aksoy evlənib.
Manset.az xarici medaya istinadən xəbər verir ki, aktyor uzun müddətdir birlikdə olduğu rəqs sənətçisi Yasemin Sancaklı ilə ailə qurub.
Cütlüyün toyuna bir sıra məşhurlar qatılıb.
Yasemin Sancaklı toydan sonra İnstaqram hesabında soyadını "Yasemin Sancaklı Aksoy" olaraq yeniləyib.
Cütlük İnstaqram hesablarında birgə paylaşım edib:
"Bir yuxu kimi hiss etdim... çox gözəl idi. Bizə könül verib xatirələrimizi bölüşən bütün dostlara təşəkkür edirik. Gözəl insanlarla yollarımız kəsişib. Çox sağ olun. Ailəmizə, dostlarımıza və əməyi olan hər kəsə təşəkkür edirik. Uğurlar sizə."
Aygün
Manşet.az