Finlandiya dünyada rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, pilot proqram Finlandiya vətəndaşlarına öz smartfonlarında rəqəmsal şəxsiyyət sənədlərini göstərməklə Böyük Britaniyaya uçuşlarında səyahət etmək imkanı verir.
Finlandiya səlahiyyətliləri Rəqəmsal Səyahət Sənədinin fiziki pasport qədər etibarlı olduğunu deyirlər.
Rəqəmsal pasport sistemi Finlandiya hava yolları ilə Helsinkidən London, Edinburq və Mançesterə uçuşlarda sınaqdan keçirilib.
Pilot proqram layihəsi fevral ayının sonuna qədər davam edəcək. Pilot tətbiqdən yararlanmaq üçün barmaq izi və üz tanıma məlumatları ilə birdəfəlik qeydiyyatdan keçmək lazımdır.
Uçuşa 4 saat qalmış smartfon proqramı vasitəsilə Finlandiya Sərhəd Nəzarət Bölməsinə məlumat göndərmək kifayətdir.
Aygün
Manşet.az