Təbrizdə 101 kəndi sel vurdu

18:12 - 04 Sentyabr 2023

Təbrizdə 101 kəndi sel vurdu

İranın Şərqi Azərbaycan vilayətinin inzibati mərkəzi Təbrizdə baş verən sel fəlakəti 101 kəndə maddi ziyan vurub.

 

Manset.az  İRNA-ya istinadən məlumat verir ki, Şərqi Azərbaycan Böhran İdarəetmə İdarəsinin prezidenti Məhəmməd Bakir Hünərber sel fəlakətinin miqyası barədə məlumat verib.

Hünərber bildirib ki, Təbrizin Eher, Keliber, Xudafərin, Horand və Verzigan bölgələrində 101 kənd sel səbəbiylə maddi ziyana uğrayıb.

Həmçinin bildirilib ki, sel nəticəsində rayonda 48 ev və 60 minik avtomobili tamamilə yararsız hala düşüb, kənd təsərrüfatı sahələri də su altında qalıb.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az