Pakistanın Bəlucistan əyalətində Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Pakistan Hərbi Dəniz Qüvvələri əyalətin Qvadar şəhərində təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğradığını açıqlayıb.
Vertolyotun texniki nasazlıq səbəbindən qəzaya uğradığı bildirilən açıqlamada, ikisi Pakistan Hərbi Dəniz Qüvvələrindən yüksək rütbəli 3 əsgərin öldüyü bildirilib.
Hadisə ilə bağlı daha çox təfərrüat verilməyən açıqlamada qəza ilə bağlı araşdırma başlanıldığı açıqlanıb.
Jalə
Manşet.az