Türkiyənin ATV kanalında yayımlanan Kənan İmirzalıoğlunun təqdimatı ilə “Kim Milyoner Olsun” yarışmasında ötən gecə həm duyğulu, həm tarixi anlar yaşanıb.
Manset.az T24-də istinadən xəbər verir ki, Rabia Birsen Göyərçin adlı iştirakçı bir-birinin ardınca verdiyi cavablarla 1 milyon TL dəyərində sual açmağa haqq qazanıb.
Rabia Birsen Güvercinin uğuru qarşısında səssiz qala bilməyən Kənan İmirzalıoğlu "Səni qucaqlayıb öpmək istəyirəm. Möhtəşəmsən" deyərək, onun alnından öpüb.
Jalə
Manşet.az