İspaniyada yağan güclü yağış daşqınlara səbəb olub.
Manset.az xarici mediaya istinadənməlumat verir ki, paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La Mança, Kataloniya və Valensiya bölgələrində daşqınlar səbəbindən vətəndaşlar çətin anlar yaşayıb.
Toledo şəhərində seldə qalan vətəndaşlar vertolyotla xilas edilərkən, sel səbəbiylə ictimai nəqliyyatda aksamalar yaşanıb. Güclü yağışların yaratdığı sel fəlakətində 3 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb. Təcili yardım qrupları itkin düşənlərin axtarışı üçün hərəkətə keçib.
Sosial mediada paylaşılan görüntülərdə sel sularının yolları bağladığı, çaylarda daşqın səbəbindən körpülərin sıradan çıxdığı, nəqliyyat vasitələrinin suda sürükləndiyi görülüb.
Jalə
Manşet.az