Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ

00:00 - 05 Sentyabr 2023

Yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ

Yəməndə yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.

 

Manset.az TRT Haber-ə istinadən məlumat verir ki, partlayış dünən axşam saatlarında Yəmənin paytaxtı Sənanın şimal-şərqində əl-Xurafi hərbi obyektinin yaxınlığında yerləşən yanacaqdoldurma məntəqəsində olub.

Partlayış anında alovlar səmanı işıqlandırarkən insanlarda böyük təşviş yaşanıb.

Hadisədən sonra başlayan yanğınla əlaqədar ərazidəki evlər boşaldılıb.

Husi qüvvələri bölgəyə giriş-çıxışları bağlayarkən, yanğını söndürmək üçün mülki müdafiə qrupları hadisə yerinə sövq edilib.

Sanada yaşayan insanlar şəhərin böyük bir hissəsində partlayış səslərinin eşidildiyini, alovların kilometrlərlə uzaqdan göründüyünü bildiriblər.

Hadisədə can itkisi və ya xəsarət alan olmadığı bildirilsə də, husilər verdiyi açıqlamada yanacaqdoldurma məntəqəsində qısaqapanma nəticəsində yanğının baş verdiyini, daha sonra isə qaz anbarında partlayışın olduğunu bildirib.

Qeyd edək ki, İranın dəstəklədiyi husilər 2014-cü ildən paytaxt Sənaya nəzarət edir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az