Birinci həyat yoldaşını öldürən kişi bu dəfə də arvadını və qaynanasını öldürdü

10:40 - 05 Sentyabr 2023

Birinci həyat yoldaşını öldürən kişi bu dəfə də arvadını və qaynanasını öldürdü

Türkiyənin Karabük şəhərində boşanma prosesində olan arvadını, daha sonra isə qayınanasını öldürən şübhəli polisə yaxalanacağını anlayınca tüfəng ilə çənəsindən atəş açaraq həyatına son qoyub.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, şübhəlinin 15 il əvvəl birinci həyat yoldaşını öldürdüyü üçün həbsə girdiyi öyrənilib.

Yenimahalledə baş verən hadisədə Özlem Küçükyılmaz və anası Nazife Çetinkök evə gedərkən boşanma prosesində olan əri Həsən Küçükyılmazla qarşılaşıb. Şifahi hücuma keçən ər özü ilə gətirdiyi ov tüfəngi ilə həyat yoldaşına və qayınanasına atəş açıb. Ana və qızı hadisə yerində həyatını itirib. Gülləsi tükənmək üzrə olan şübhəli polis qruplarından qaça bilməyəcəyini anlayınca öz həyatına son qoyub.

Qeyd edək ki, bir müddət əvvəl Özlem Küçükyılmaz polisə şikayət edib. Polis mobil telefonuna KADES proqramını yükləyib. Polisin elektron qandal taxmaq təklifini qəbul etməyib. Digər tərəfdən, şübhəlinin 15 il əvvəl birinci həyat yoldaşını öldürdüyü üçün həbsxanaya getdiyi öyrənilib.

Aygün

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az