Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma olub

09:13 - 06 Sentyabr 2023

Tacikistan-Əfqanıstan sərhədində silahlı toqquşma olub

Üç terrorçu Tacikistan-Əfqanıstan sərhədini pozaraq Tacikistan ərazisinə daxil olublar.

 

Manset.az xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müqavimət göstərən silahlılar xüsusi xidmət orqanları tərəfindən məhv ediliblər.

Sərhədi pozan şəxslərin Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan Respublikasının ərazisində terror aktı törətmək istədikləri qeyd olunur. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az