Türkiyəli məşhur rejissor Abdulkadir Ceylan Ede Sapanca mahalının Kırkpınar Məhəlləsi yaxınlığındakı Sapanca gölündə xoşagəlməz hadisə nəticəsində həyatını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, 58 yaşlı rejissor dostları ilə birlikdə çimmək üçün Sapanca gölünə atılıb və boğulma təhlükəsi ilə üzləşib. Təcili olaraq xəstəxanaya çatdırılan Ceylan Edeni xilas etmək mümkün olmayıb.
Edenin cənazəsi məmləkəti Əskişəhərə göndərilib.
Qeyd edək ki, Abdülkadir Ceylan Ede Aynalı Tahir, Pusat və Acı Həyat kimi bir çox məşhur serialların rejissoru olub.
Aygün
Manşet.az