Ukraynada vurulan hərbi baza ilə bağlı Rusiya MN-dən AÇIQLAMA

19:18 - 06 Sentyabr 2023

Ukraynada vurulan hərbi baza ilə bağlı Rusiya MN-dən AÇIQLAMA

"Biz Ukraynadakı təxribat qruplarının təlim bazasını vurduq"

 

Manset.az TRT Haber-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Rusiya Aerokosmik Qüvvələrinin bəzi hədəflərə hücum etdiyinə dair məlumatların yer aldığı açıqlamada bildirilir ki,  Rusiya Aerokosmik Qüvvələri bu gecə Ukraynanın təxribat qruplarının təlim bazasına yüksək dəqiqlikli uzaqmənzilli silahlarla  hücumu həyata keçirib.

Bəyanatda qeyd olunub ki, Rusiya qoşunlarının taktiki mövqeyində heç bir dəyişiklik yoxdur.

Bildirilib ki, rus qoşunlarının Ukrayna ordusunun Zaporojye istiqamətində Verbovoye və Rabotino yaşayış məntəqələrinə qarşı 4 hücumunun dəf edib.

Qeyd edək ki, Rusiya ordusu indiyədək Ukraynanın 467 təyyarə, 248 helikopter, 6 min 426 pilotsuz uçuş aparatı, 435 hava hücumundan müdafiə raket sistemi, 11 min 696 tank və zirehli texnika, 1148 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 6 min 253 haubitsa və Ukraynaya məxsus minaatanların 12 min 749 şəxsi hərbi maşını məhv edib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az