Türkiyənin Ataşəhərindəki, bir idman salonunda yanğın baş verib.
Manset.az CHNTÜRK-ə istinadən xəbər verir ki, Ataşəhərdə dünən günorta saatlarında idman zalında başladığı iddia edilən yanğın 3 binaya keçib. Alov yanğınsöndürənlər tərəfindən təxminən 4 saat ərzində söndürülüb.
Böyük maddi ziyana səbəb olan yanğın anı idman zalındakı kameraya və idman etmək üçün idman zalına gələn şəxsin mobil telefonunun kamerasına əks olunub.
Jalə
Manşet.az