Yaponiya "Moon Spiner” adlı ay missiyasını işə salıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, kosmik gəmini daşıyan H2-A raketi Yaponiyanın cənubundakı kosmik mərkəzdən uğurla buraxılıb.
Raket Ağıllı Ay Tədqiqat Vasitəsi kimi tanınan dəqiq eniş aparatını daşıyır.
Kosmik maşının 4-6 ay ərzində Ay səthinə enməsi gözlənilir.
Qeyd edək ki, əslində, “Ay Snayperi” adlı missiyanın avqust ayında başlaması nəzərdə tutulmuşdu. Lakin əlverişsiz hava şəraiti səbəbindən missiya 1 həftə ərzində 3 dəfə təxirə salınıb.
Aygün
Manşet.az