ABŞ-ın Pensilvaniya ştatında keçmiş sevgilisini öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən məhbus həbsxanadan divara dırmaşaraq qaçıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ştatın səlahiyyətliləri avqustun 31-I həbsxanadan qaçan qətl şübhəlisinin axtarışını gücləndirib.
Əslən Braziliyadan olan Danelo Kavalkantenin təxminən 3,2 km aralıda, sıx meşəlik ərazidə olduğu güman edilir.
Pensilvaniya ştatının polis polkovnik-leytenantı Corc Bevins qaçağın təhlükəli hesab edildiyi barədə xəbərdarlıq edib. Səlahiyyətlilər sakinlərdən Cavalkantenin gizlənə biləcəyi boş mülklərdən uzaq durmağı və boş evləri axtarmaq üçün polislə əlaqə saxlamağı xahiş edib.
Aygün
Manşet.az