ABŞ-ın Florida ştatında otaqlarında oyuncaq sandığına girən əkiz qardaş və bacı nəfəs darlığından faciəli şəkildə həyatlarını itirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, valideynləri səhər saatlarında yataqlarında otaqlarında olmayan körpələrin oğurlandıqlarını düşünərək hər yerdə axtarışa başlayıblar.
Lakin daha sonra 4 yaşlı əkizləri otaqda oyuncaqları üçün istifadə edilən sandığın içində bir-birinə sarılaraq yatmış formada cansız bədənlərini tapıblar.
Biri qız, biri oğlan olan əkizlərin oksigen çatışmazlığından öldüyü müəyyən edilib. Əkizlərin oyun oynamaq sandığa üçün girdikləri və qapaq bağlandığı üçün səslərini çıxara bilmədikləri anlaşılıb. Məlumdur ki, uşaqlar özləri üçün ev, çadır, daxma kimi məkanlar yaratmağı sevirlər. Ailələr oyuncaq sandıqlarının səs və hava keçirməyən dizaynına qarşı üsyan ediblər. Bu tip sandıqlardan istifadə edən ailələrə diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Aygün
Manşet.az