"Apple” iPhone seriyasının ən son modellərini buraxmaq üçün son hazırlıqları gördükcə, yeni məlumatlar da sızmaqdadır.
Manset.az azxber.com-a isinadən xəbər verir ki, "Apple”ın 12 sentyabr keçirəcəyi tədbirdə təqdim olunacaq yeni modellər texnologiya həvəskarlarını həyəcanlandırıb.
Son iddialara görə, "Apple” iPhone 15-i yeni rənglərdə təqdim etməyə hazırlaşır.
"X” sosial şəbəkəsində mavi, qara, sarı, çəhrayı və ağ olduğu iddia edilən iPhone 15-in beş rəngini əks etdirən video paylaşılıb.
Əksər istifadəçilərin darıxdırıcı göründüyü rənglərə baxmayaraq, iPhone 15-in Dynamic Island, USB-C portu və 48 meqapiksellik əsas kamera kimi maraqlı yeni xüsusiyyətlərə sahib olduğu deyilir. iPhone 14 kimi, telefonun da 6,1 və 6,7 düymlük versiyalarda təqdim ediləcəyi gözlənilir.